Cümə Namazı Tehran Universitesinin müsəllasında yerinə yetirildi, iranin Tv kanalları Cümə Namazını canli olaraq 3 telekanaldan nümayiş etdirirdiler, İranin Ali dini Rəhbəri Seyid Əli Xamənei danışığa başlamazdan əvvəl rejimi dəstəkləyən insanlarin namaza getdiklərini ve Avtoboslarla nece daşındıqlarını gostərdi ve sonra isə Prizdent, Milli Məclis sədri, Ettelaat Rəisi ve birde prizdentliye namzədliyini vermiş Möhsün Rizayini bir cərgədə olduqlarını və namaza qatıldıqlarını göstərdi.
İranin Ali dini Rəhbəri Seyid Əli Xamənei birinci hissədə sadəcə din və islamdan danışdı və sözünü bir hədislə başladı və başqa bir hədislə bitirdi,
İranin Ali dini Rehberi Seyid Əli Xamənei 2-ci hissəni bütünlüklə keçmiş seçkilərdən danişdıFikirlərin və səlqələrin müxtəlifliyi
İranin Ali dini Rəhbəri Seyid Əli Xamənei bildirdi ki xalqin fikirləri fərqli olabilər amma onların seçkilərdə iştirakı onu göstərir ki, bütün quruplar və şəxslər ölkənin və islam inqılabının var olmasını və iranın vahid bir ölkə olmasını dəstəkləyirlər və bu seçki bunu sübut etdi ki xalqın bu rejimə və onun siyasətinə etimadi və etibari vardir.
İranin Ali dini Rəhbəri Seyid Əli Xamənei bildirdi ki, ele bu etibarə görə düşmənlərimiz istəyirlər ki xalqın içində bəzi şübhələr yaradıb və iki tirəlik salsınlar və gələcəkdəki seçkilərdə xalqın iştirakını azaltsınlar və bunun təhlükəsi Bank və Avtobos yandırmaqdan daha qorxuludur!!!
İranın Ali dini Rəhbəri Seyid Əli Xamənei bildirdi ki, düşmənlərimiz aylar qabaqdan çalışırdılar ki seçkilərdən sonra iğtışaşlar yaratsınlar və elə ona görədə aylar qabaqdan xalqın içində yayırdılar ki bu seçkilərdə saxtakarlıq olacaq.
Xaməneyi bildirdi ki, namizədlər arasında rəqabət çox ciddi idi və bu rəqabət bəzi həyəcanlara və etirazlara səbəb olmuşdur mən belə fərz edirəm ki bu 4 namizəd bu rejimin en sadiq insanlarındandılar bu rəqabətlərdən xarici mətbuat o cümlədən BBC və Amerika səsi mənfi istifadə edərək müvafiq və müxalif qüvvələr yaratsın.
Dedi ki, namizədlərin biri rejimə çox sadiq və xalqın dərdini çəkən hazırkı Prizdent, birisi mənim öz dövrümdə baş nazir olmuş, birisi Sepah başçısı və sonuncu keçmiş milli məclis sədri ki bunların hər 4-nü yaxından tanıyıram və bildirdi ki xalqda bunları yaxşı tanıyırdı və bunların içindən ən yaxşısını seçiblər və bu seçkilər bitmişdir biz xalqın səsini heçə saya bilmərik.Haşimi Rəfsəncanidən Müdafiə etmək
İranin Ali dini Rehberi Seyid Əli Xamənei debata (ad çəkməsədə danışıqdan bəlli olurdu ki Musəvi və Əhmədineja debatın nəzərdə tutur) toxunaraq bildirdi ki hər iki tərəf səhvə yol verdilər, bu debatda bir başa olaraq qanuni Prizdent təhqir və əhanət olundu və xalqın etibar etdiyi insanı yalançılıq, məkirli və ağılsız adlandırdı.
İranın Ali dini Rəhbəri Seyid Əli Xamənei bildirdi ki Əhmədinejad da bu debatda hissiyyata qapanarak bəzi təhqirlərə yol verib və 30 il islam inqlabı üçün çalışan və özünü sübut etdirmiş və ömrünü bu rejimə vermiş və rejimin ən önəmli insanını təhqir etmişdir. Xaməneyi bəlli olaraq Haşimi Rəfsəncani və Natiq Nurinin adını çəkərək bildirib ki Əhmədinejad bunlari pul oğurluğunda günahlandırıb və onlara bühtan atıb, olabilər ki bunların yaxınlarından və qohumlarından kimsə belə etsin amma tam bəlli olmasa kiməsə böhtan atmaq olmaz.
Xaməneyi bildirib ki mən H. Rəfsəncanini 52 ildir ki yaxından tanıyıram və Şah dövründə ən önəmli mübarizlərdən biri olub və bildirib ki inqlabın Rəhbəri Xomeyni ile həmişə bir yerdə olub. İnqlabdan qabaq bütün malını və mülkünü islam və inqılab yolunda qoyub və inqilabdan sonrada baxmayaraq ki əlində hər imkan olub amma şəxsi mənfəət üçün heç bir qeyri-qanuni iş görməyib.
Sonda bildirib ki, baxmayaraq ki, bəzi məsələlərdə H. Rəfsəncani ilə qarşı-qarşıyayıq və fikirlərimiz üst-üstə düşmür amma bu o demek deyil ki pis adamdır və xalqında bu məsələdə heç bir şübhəsi qalmasın.
Rejimin Qələbəsiİranın Ali dini Rəhbəri Seyid Əli Xamənei bildirib ki, mayın 12-də xalqın bu seçkilərdə iştirakı rejimin qələbəsi idi və bir yumruq kimi düşmənlərimizin ağzına çırpdı. Bildirdi ki iran xalqı bu rejimin siyasətinə etibar edir və dəstəkləyir və bəzi namzədlərdə bilsin ki biz islam rejimi olaraq kimsənin səsini çalmamışıq, yani saxtakarlıq olmayıb.
İranın Ali dini Rəhbəri Seyid Əli Xamənei bildirdi kimsənin etirazı varsa yazılı olaraq seçki komitəsinə versin və lazım olan şəkildə bəzi qutular yenidən sayıla bilər və bu sayılmada namzidində iştirakı olsun amma seçkinin ləğv olması və yenidən seçkilərin olması bu heç bir zaman olmayacaq.
Xaməneyi dedi ki bəzi insanlar var ki xaricdən idarə olunan bəzi siyasi təşkilatların və qurupların rəhbərləri ilə əlaqələri var və dedi bu insanlar gərək ayıq olsunlar ki oyuna düşməsinlər. Bildirdi ki qərb ölkələri o cümlədən Böyük Britaniya iranda iğtişaşların olmasından sevinirlər və öz mənfəətlərini güdürlər.
Xamənei etiraz aksiyaların keçirilməsi ilə narazılıq edib və bildirdi ki, terrorist qüvvələr bu aksiyalardan istifadə edərək rejimə zərbə vura bilər. Bu neçə nəfər xalqıdan və rejimdən ölənlərin cavabın kim verəcək və əgər aksiyalar dəvam etsə yəqin ki yenə ölənlər olacaq.
Bildirdi bəziləri rejim adamı adı ilə müsalman və dinpərvər öyrəncilərimizin yataqxanalarına hücüm edərək onları vəhşicəsinə döyüblər bunlar hamısı iğtışaş yaratmaq istəyənlərin işidir. Bildirdi ki bu küçə və xiyaban aksiyalarına son qoymaq lazımdır əks halda bu aksiyaların başında olan şəxslər cavablarını alacaqlar və artırdı onlar ki düşünürlər bu aksıyalar rejimi çökərdəcək çox səhv edirlər.
İranin Ali dini Rəhberəi Seyid Əli Xamənei bildirdi ki siyasi şəxslər (Musəvi və tərəfdarları) gərək bu eçkinin nəticələrin qəbul edib və milyonluq şənliklərdə iştirak etsinlər və xəbərdarlıq etdi kimsə başqa yol seçsə mən bir daha xalqla danışacağam!!!Xarici Ölkələrə Xəbərdarlıq
Xamənei bildirib ki seçkilərə yaxın həftələrdə Amerika və bir neçə qərb ölkələrinin rəhbərlərinin davranışlarını izləyirdim və görürdüm ki istəyirlər xalqı çaşdırsınlar və seçkidə iştiraklarını əngəlləsinlər. Bildirdi ki Qərbin Rəhbərləri zatən seçkinin nəticələrini zənn edirdilər amma xalqın bu qədər çox iştirakını gözləmirdilər və bu nəticələrdən sonra çalışdılar ki şərqdə Nüvə proqramını və beynəlxalq məsələləri dəyişsinlər elə buna görədə namzədlərin ixtilafindan istifadə edərək belə bir iğtışaşları yaratmağa çalışdılar və bildirdi ki, hətta ABŞ prerzidenti belə bir söz deyib ki “o günü gözləyirmiş ki iran xalqı küçələrə tökülsün”.
Xamənei bildirdi ki, Qərb ölkələri bir tərəfdən təbrik və hörmət məktubları göndərirdilər bir tərəfdən isə iran rejimini çökərtməyə çalışırlar, hal bu ki Qərbin casusları iğtışaş yaratmaq imiş. Və qərb ölkələrini ki insan haqlarından danışırlar onların İraqda, Əfqanistanda və İsraildə yürütdükləri siyasəti vurğulayıb və onlara hücüm edərək bildirdi ki, iran islam respublikası insan haqlarının bayraqdarıdır.

